Yuxarı Hunud

Yuxarı Hunud – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim “hun” adlı qədim türk etnonimi əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki “yuxan” sözü fərqləndirici əlamət bildirir. Hunud toponimindəki “ud” topoformantdır.