Yuxarı Bədili – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. 1897-ci ildə 45 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.
Toponim oğuzların “bəydili” etnonimi əsasında əmələ gəlmişdir. “Yuxarı” Azərbaycan toponimiyasında fərqləndirici əlamət kimi çıxış edir.