Yengicə

Yengicə – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayət mərkəzindən 22 km cənubda, ərazidəki Qnişik kəndindən 3-4 km şimal-şərqdə, Daşxaç dağının yaxınlığında yerləşirdi. Kənd XIII əsrdən xatırlanır və kəndin VIII-IX əsrdə mövcud olduğu göstərilir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Yenicə kimi, Qafqazın beşverstlik xəritəsində “Yengicə” formasında qeydə alınmışdır.

Burada 1897-ci ildə 422 nəfər yalnız azərbaycanlı yaşamışdır. Ermənilər bura 1829-1830-cu illərdə İranın Xoy və Salmas, Türkiyənin Van və Ələşkirt vilayətlərindən köçürülmüşlər. Bundan sonra azərbaycanlılar kəndi tərk etmişlər. Kəndin sakinləri ermənilər 1969–1970-ci illərdə Çivə və Aynazor kəndlərinə köçürülərək kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.