Xalaclar

Xalaclar – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində yurd. Qovuşuq kəndinin Soğanlı yaylağında yerləşir.

Toponim “xalac” türk tayfa adı ilə Azərbaycan dilində “yaşayış yeri, məskən” mənasında işlənən “yurd” sözündən əmələ gəlmişdir.