Tüstülü

Tüstülü (Tuskulu) – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 76 km cənub-şərqdə, çay kənarında, dəniz səviyyəsindən 1940 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə yalnız azərbaycanlılar yaşamıdır. İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra ermənilər gəlib bu kənddə də yerləşmişlər. 1873-cü il məlumatına görə kənddə 241 azərbaycanlı, 123 erməni yaşamışdır. 1898-ci ildə kənddə 196 azərbaycanlı, 144 erməni, 1914-cü ildə 237 azərbaycanlı, 217 erməni yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumunda məruz qalaraq kütləvi qırğınlarla kənddən deportasiya olunmuşlar. 1922-ci ildə cəmisi 42 azəbaycanlı kəndə qayıtmışdır. 1979-cu ildə kənddə 34 azərbaycanlı yaşayırdı.

Toponim tüstülü tayfa adı əsasında yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lusakunk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°10′ şm. e., 45°41′ ş. u.