Turu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırda isə Sünik vilayəti ərazisində gədik. Nüvədi (Nrnadzor kəndinin ərazisində yerləşir.
Toponim qədim türk dilində, o cümlədən Orxon-Yenisey abidələrində “yer, yaşayış məntəqəsi, yurd, dayanacaq” mənasında işlənən “turuğ” sözündən əmələ gəlib, “dağ aşırımında yaşayış məskəni, dağ belində olan yurd” mənasını ifadə edir.