Tej

Tej – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayəti ərazisində dağ. Hündürlüyü 3100 metrdir.

“Tej” sözü Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində “hündür, zirvə” mənalarında işlənir. Toponim həmin mənada işlənən “tej” sözündəndir və “hündür dağ” mənasını ifadə edir.