Təzəkənd

Təzəkənd – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar Aleksandropol qəzasında və keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 44 km şimalda, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Kəndin digər adı “Türk Təzəkəndi” olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1886-cı ildə 129 nəfər, 1897-ci ildə 166 nəfər, 1908-ci ildə 40 nəfər, 1914-cü ildə 193 nəfər azərbaycanlı yaşamışdır. Erməni müəlliflərinin əsərlərində kəndin əhalisi azərbaycanlıların etnoqrafik qruplarından biri ilan qarapapaqlar kimi göstərilir. 1918-ci ilin may ayında Andranikin komandanlığı ilə erməni silahlı dəstələri Təzəkənd kəndində soyqırımı törətmişdir. Qırğınlardan bir neçə nəfər qaçıb canını qurtara bilmişdi. 1920-ci ildən kənddə Türkiyədən gələn erməni ailələri məskunlaşdırılmışlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “təzə” və “kənd” sözlərindən əmələ gəlmişdir.

Kəndin adı dəyişdirilərək əvvəlcə “Tazaqyuğ”, sonra isə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21 oktyabr 1967-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Tavşut” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 43°48′ ş. u.