Tərsçay

Tərsçay – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında mövcud olmuş qışlaq.

1897-ci ildə burada 10 nəfər azərbaycanlı, 18 erməni, 4 rus yaşamışdır. XX əsrin əvvəllərində ləğv edilmişdir.

Tərsa çayının sahilində salındığı üçün yaşayış məntəqəsinin adı “Tərs çay qışlağı” adlandırılmışdır.