Şorandərə

Şorandərə – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayəti ərazisində dərə.

Toponim “şor (duzlu) sahə, əkinə yaramayan yer” mənasında işlənən “şoran” sözü ilə “iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun, dərin çuxur” mənasında işlənən “dərə” sözünün birləşməsi əsasında əmələ gəlmişdir.