Şiştəpə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində dağ. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Toponim “dağın, təpənin ən yüksək zirvəsi” mənasında işlənən “şiş” sözü ilə “alçaq dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir.