Şirəqala

Şirəqala – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Abaran çayının sağ qolu olan Duluçay çayının yaxınlığında yerləşmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamışlar. Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kəndin köklü sakinləri olan azərbaycanlılar Türkiyəyə köç etmişlər. 1840–1850-ci illərdə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “gil növü, mavi gil” mənasında işlənən “şirə” sözü ilə “qala” sözününə birləşməsindən əmələ gəlmişdir.