Salut

Salut – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Qızıl Qoç (Quqasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 30 km şimal-şərqdə, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamışlar. Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi Türkiyəyə köç etmişdir.

Toponim qədim türk mənşəli hun tayfasından olan “sal” etnoniminə, türk dilində cəmlik bildirən “-ut” şəkilçisnin artırılması ilə düzəlib, “sallar tayfasına mənsub yaşayış yeri, kənd” mənasını verir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°58′ şm. e., 43°56′ ş. u.