Səngər

Səngər – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Alagöz (Araqats) yaşayış məntəqəsindən 3 km məsafədə, dəniz səviyyəsindən 2070 m hündürlükdə yerləşir.

1877–1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilən yezidi kürdləri kənddə məskunlaşdılmışlar. Bundan sonra azərbaycanlılar kəndi tədricən tərk etmişlər. Hazırda kənddə yezidi kürdlərlə yanaşı, ermənilər də yaşayırlar.

Toponim qədim türk dilində “dağ burnu” mənasında işlənən “səngər” (sengir) sözü əsasında əmələ gəlmişdir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il qərarı ilə kəndin adı dəyişdirilərək “Kaniaşir” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°39′ şm. e., 44°14′ ş. u.