Quzeykab

Quzeykab – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, indi Sünik vilayəti ərazisində dağ.

Toponim Azərbaycan dilində “şimal, gün düşməyən yer” mənasında işlənən “quzey” və qədim türk dilində “aşırım” mənasında işlənən “kab” sözünün birləşməsindən əmələ gəlmişdir. “Şimalda, gün düşməyən yerdə olan aşırım” mənasını bildirir.