Quşçu

Quşçu – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Quşçu məzrəsi”, Qafqazın beşverstlik xəritəsində “Quşi” formasında qeydə alınmışdır. 1931-ci ildən sonra mənbələrdə kəndin adına rast gəlinmir. 1940-cı illərdə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Hunların quş tayfa adına “-çu” şəkilçisinin qoşulması yolu ilə yaranmışdır.