Qarasu

Qarasu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Dilican şəhəri yaxınlığında yerləşmiş və şəhərin tabeliyində olmuşdur.

1926-cı ildə burada 13 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.

Toponim “ağır, aşağı keyfiyyətli, içməyə yararlı olmayan” mənasında işlənən “qara” sözündən və “su” hidronimindən ibarətdir.