Qaraboya

Qaraboya – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Araz çayının yaxınlığında yerləşirdi.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra azərbaycanlı əhali tədricən kəndi tərk etmişdir. Kənd 1918-ci ildə ləğv edilmişdir.

Toponim qaraboya nəsil adı əsasında əmələ gəlmişdir.