Novlar

Novlar – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Qoytul kəndinin yaxınlığında, Dəliktəpə dağının ətəyində, Paşadüz düzündə yerləşirdi.

Kənddə 1873-cü ildə 71 nəfər, 1886-cı ildə 100 nəfər, 1897-ci ildə 179 nəfər, 1904-cü ildə 285 nəfər, 1914-cü ildə 313 nəfər, 1916-cı ildə 217 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. 1920-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “kanal, arx” mənasında işlənən “nov” sözünə “-lar” cəm şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.