Mirəli ağa türbəsi

Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndinin (dəyişdirilmiş adları ilə: Krasnoselo rayonunun Ağberk kəndi) şərq hissəsində yerləşmiş Mirəli ağa türbəsi (Miryaqub ağa türbəsi) təkcə Göyçədə deyil, eləcə də Azərbaycanın bütün qərbində məşhur olmuşdur.

Azərbaycanlıların 1987-ci ildən Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra bu ziyarətgah yox edilmişdir.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Ələkbərli Ə., Qədim Türk-Oğuz yurdu – “Ermənistan” (Bakı: “Sabah” nəşriyyatı, 1994)