Kirkitli

Kirkitli – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Toxluca (Draxtik) kəndinin şərqində yerləşir. Dağın adı “Kirkitdi” kimi də işlənir. Qafqazın beşverstlik xəritəsində “Kirkitdağ” formasında qeydə alınmışdır.

Toponim qədim türk dilində “dağ silsiləsi, sıra dağlar”, “çöl, dağ”, “hündür yer, təpəlik”, “dağ qılıcı” mənasında işlənən “kir/kır” və “tərəf, istiqamət” mənasında işlənən “kit” (kit) sözlərinin birləşməsindən əmələ gələn “kirkit” sözünə məkan anlayışı bildirən “-li” şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir.