İncəbel – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ.
Toponim qıpçaq türk tayfasına aid olan “incə” etnonimi ilə Azərbaycan dilində “dağın təpəsi”, “hündür dağın iki təpəsi arasındakı əyilmiş yer və alçaq keçid” mənasında işlənən “bel” sözündən əmələ gəlmişdir.