Hacı Bağır

Hacı Bağır – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Abaran çayının yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1950-ci illərdə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Hacı Bağır şəxs adı əsasında əmələ gəlmişdir.