Göytəpə

Göytəpə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Qoşabulaq (Şadcrek) kəndindən 2 km şərqdə yerləşir.

Toponim Azərbaycan dilində “yaşıllıq”, “göy ot” mənasında işlənən “göy” sözü ilə “kiçik dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir.