Gərgər (Puşkino)

Gərgər – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 15 km məsafədə, dəniz səviyyəsindən 1450 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Rus Gərgəri” (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə “rus” sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə “Rus Gərgəri” kimi öz əksini tapmışdır.

Kənddə ruslarla yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. 1988-ci ildən sonra kənddə yaşayan ruslar da ermənilərin təzyiqi nəticəsində sıxışdırılıb çıxarılmışdır. İndi kənddə əsasən ermənilər yaşayırlar.

Toponim qarqar qədim türk tayfasının fonetik forması olan gərgər türk tayfa adı əsasında yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14 fevral 1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi Puşkinin şərəfinə “Puşkino” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°57′ şm. e., 44°24′ ş. u.