Fərrux

Fərrux – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Yaycı kəndinin yaxınlığında, Zəngi çayının sağ axarında yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəllər azərbaycanlılar yaşamışdır. Sonra bura ermənilər köçürülmüş və azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmışdır. 1897-ci ildə kənddə 10 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələri kənddə qırğınlar törətmişlər. Azərbaycanlılar erməni silahlıları tərəfindən tarixi torpaqlarından qovulmuş və kənddə yalnız ermənilər yaşamağa başlamışlar.

Toponim şəxs adı əsasında düzəlmiş antropotoponimdir. Sonralar kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.