Dəmirbulaq körpüsü

İrəvan şəhərinin qədim körpülərindən biri də Dəmirbulaq çayı üzərində salınmış Dəmirbulaq körpüsü olmuşdur. Şəhərin içindən keçən bu kiçik tarixi abidə XVII–XVIII əsrlərə aid edilir.

Körpü İrəvan şəhərində, daxilində üç məscid olan Dəmirbulaq adlı məhəllədə mövcud olmuşdur.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Bayramov İ., Qərbi Azərbaycan: Tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti (Bakı, 2011)