Çopur Əli – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Rayonun Qorçulu (Qorqoç), Dədəqışlaq (Axundov, Pyunik) kəndlərinin arasında yerləşirdi.
1831-ci ildə burada 28 nəfər azərbaycanlı yaşamışdır. XIX əsrin ortalarında kənd ləğv edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmişdir.