Çamırlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Erməni mənbələrində 1914-cü ildə 1952 nəfər azərbaycanlı yaşadığı göstərilir. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Kənd hazırda xarabalıqdır.
Toponim “çamurlu” türk etnonimi əsasında əmələ gəlib “çamurlu tayfasının yaşadığı kənd” mənasını ifadə edir.