Cəlaloğlu

Cəlaloğlu rayonu 9 sentyabr 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 635 km² olan rayonun inzibati mərkəzi Cəlaloğlu şəhəri olmuşdur. Cəlaloğlu rayonunun ərazisindən Tona çayı axır. Rayon bir tərəfdən Bazum dağ silsiləsi ilə əhatə olunur.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Loru mahalına, Çar Rusiyası dövründə isə Tiflis quberniyasının Borçalı qəzasına daxil olmuşdur.

Toponim qızılbaşların tayfasından olan Əmir Məhəmməd bəy Cəlaloğlunun adı əsasında yaranmışdır. Həmin kənd çəpni türk tayfasının əmiri Məhəmməd bəy Cəlaloğluna mənsub olduğu üçün Cəlaloğlu kəndi adlanmışdır. Antropotoponimdir.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.