Cəfərli

Cəfərli (Cəfərli Günnüt) keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Erməni mənbələrində kəndin başqa adlarının Günnüt, Günnüt Cəfərli, Günnüt Kalavan olduğu göstərilir. Çanaxçı (Sovetaşen) kəndinin yaxınlığında Boz Hunnu dağının ətəyində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində “Günnüt Cəfərli” kimi qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 178 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 333 nəfər, 1904-cü ildə 406 nəfər, 1914-cü ildə 409 nəfər, 1916-cı ildə 383 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri bu doğma ocaqlarına qayıda bilmişdilər. 1926-cı ildə burada 25 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Bundan sonra kənd ləğv edilimişdir. Hazırda xarabalıqdır.

Toponim türk tayfasından olan “cəfərli” etnonimi əsasında əmələ gəlmişdir.