Böyük Camışlı

Böyük Camışlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 44 km şimal-qərbdə, Abaran çayının sahilində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Əvvəllər azərbaycanlılar yaşamışlar. 1877–1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilən yezidi kürdləri kənddə məskunlaşdılmışdır. Bundan sonra azərbaycanlılar kəndi tədricən tərk etmişlər.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “böyük” sözü ilə “camışlı” türk tayfa adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Alaqyaz” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°40′ şm. e., 44°17′ ş. u.