Bilək

Bilək – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Kənd su anbarından 3-4 km şimal-şərqdə, çayın sahilində, düzənlik vadidə yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Birək” kimi qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 334 nəfər, 1897-ci ildə 357 nəfər, 1904-cü ildə 536 nəfər, 1914-cü ildə 590 nəfər, 1916-cı ildə 459 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. 1920-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim qədim türk dilində “çayın qolu” mənasında işlənən “bilək” sözü əsasında yaranmışdır.