Bazarcıq

Bazarcıq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 13,5 km şimalda, İrəvan–Abaran yolunun sol tərəfində, Abaran çayının sağ sahilində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəfətəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər bura 1829–1830-cu illərdə Muş, Ələşgird və Bitlisdən köçürülmüşlər.

Toponim kiçiltmə mənası bildirən “-cıq” şəkilçisinin “bazar” (basar) türk etnoniminə qoşulması yolu ilə əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyun 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Arayi” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°27′ şm. e., 44°22′ ş. u.