Başköy

Başköy – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 34 km şimal-şərqdə, dəniz səviyyəsindən 2020 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamışlar. 1830-cu ildə bura Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri azərbaycanlılar erməni silahlıları tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim Azərbaycan dilində “böyük, əsas, yuxarı” mənasında işlənən “baş” sözü ilə, türk dilində “kənd” mənasında işlənən “köy” sözündən əmələ gəlmişdir.

XX əsrin 20-ci illərində kəndin adı erməni dilinə hərfi tərcümə edilərək “Başqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°57′ şm. e., 43°58′ ş. u.