Aşağı Ağbaş

Aşağı Ağbaş – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 12 km şimal-şərqdə, Çatmadağın ətəyində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər bura 1828-ci illərdə İranın Səlmas və Xoy bölgələrindən köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 11 nəfər, 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır.

Toponim türk mənşəli “ağbaş” etnonimi əsasında əmələ gəlmişdir. “Aşağı” fərqləndirici əlamət bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilib “Arevşat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 44°32′ ş. u.