Ağyarğan

Ağyarğan – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində dağ. Ağxaç kəndinin şimal-qərbində yerləşir. Hündürlüyü 2528 m-dir. Erməni mənbələrində adı “Ağyorğan” kimi qeyd edilir.

Toponim Azərbaycan dilində “dayaz, çox da dərin olmayan” mənasında işlənən “ağ” sözü ilə “ətrafı sıldırımlı iri, uzun dərə” mənasında işlənən “yarğan” sözünün birləşməsindən əmələ gəlmişdir.