Abaran – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayəti ərazisində çay. Uzunluğu 98 km-dir. Başlanğıcını Alagöz dağından götürür, Araz çayına tökülür.
Hidronim apar (abar) türk tayfasının adını əks etdirir. Hazırda “Kasax” çayı adlanır.