Gürcü karvansarası

XIX əsrin sonlarına İrəvan şəhərində 20-ə yaxın karvansara mövcud olmuşdur. Erməni tədqiqatçısı T.Hakopyana əsasən İrəvan şəhərindəki ən böyük və ən məşhur karvansara Gürcü karvansarası idi. Karvansarada 78 dükan mövcud idi ki, bunlardan 24-ü şəxsi dükan idi.

Karvansaranın toponimindən görünür ki, bu tarixi abidə azərbaycanlılara məxsus olmuşdur. Hazırda Gürcü karvansarasının yerində “Sevan” adlı hotel tikilmişdir.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Թ. Խ. Հակոբյան, Երևանի պատմությունը (1801–1879 թթ. ), էջ 97-99.