“1971-ci ildə Uluxanlı rayonunun Sarvanlar kəndində anadan olmuşam. 1988-ci ilin dekabrında ermənilər bizi Sarvanlar kəndindən çıxartdılar. Sərhəddə yerləşən Rəncbər kəndinə gəldik. Oradan isə rus əsgərləri bizi maşınlara mindirib, Naxçıvana gətirdi. Naxçıvandan isə qatarla Bakı şəhərinə gəldik. Bir müddət Bakıda qaldıq. Daha sonra 1990-cı ildə Xaçmaz rayonuna gəlin gəldim. Mülkümüz, mal-qaramız Sarvanlar kəndində qaldı. Heçnə gətirə bilmədik. Gətirəni öldürürdülər. Bibim oğlunu döyməkdən üzünü tanınmaz hala salmışdılar.”