Ağasıbəyli

Ağasıbəyli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Vedi yaşayış məntəqəsindən 15 km cənub-şərqdə, Vedi çayının sağ qolu olan Xosrov çayının orta axarında yerləşmişdir.

Kənddə 1873-cü ildə 100 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 142 nəfər, 1904-cü ildə 208 nəfər, 1914-cü ildə 228 nəfər, 1926-cı ildə 13 nəfər, 1931-ci ildə 2 nəfər azərbaycanlı, 11 nəfər kürd yaşamışdır. Hazırda xarabalığa çevrilmiş kənddir.

Nəsil adı əsasında əmələ gələn patronim toponimdir.