Əmrəkar

Əmrəkar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Meğri rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) yaşayış məntəqəsindən 9-10 km şimal-qərbdə yerləşirdi.

Kənddə 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 67 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1940-cı illərdə kənd ləğv edilmişdir. Əhalisi əsasən qonşu Lök kəndinə köçürülmüşdür. Hazırda xarabalıqdır.

Toponim Əmir şəxs adı ilə türk dilində “sıldırım”, “qaya”, “sıldırımlı qaya” mənasında işlənən “kar” sözünün birləşməsindən əmələ gəlmişdir.