Aytaq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunda, hazırkı Lori vilayəti ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1897-ci ildə 43 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində azərbaycanlılar qovulmuş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qədim türk dilində “ağ, işıqlı, aydın” mənası bildirən “ay” sözü ilə “dağ” sözünün qədim fonetik forması olan “tağ” sözünün birləşməsindən əmələ gəlmişdir.