Türk Qarakilsəsi – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunun, hazırkı Lori vilayətinin ərazisində mövcud olmuş kənd. Başqa adı Təzəkənddir. Noraşen kəndinin yaxınlığında yerləşirdi.
Kənddə 1886-cı ildə 122 nəfər, 1897-ci ildə 172 nəfər, 1914-cü ildə 420 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən didərgin salınmışlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.