Bağçalı

Bağçalı – keçmiş Qars vilayətinin Ağbaba nahiyəsində, sonralar Amasiya (Ağbaba) rayonunda, hazırkı Şirak vilayəti ərazisində mövcud olmuş kənd.

1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi qaçqın düşmüşdür. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kəndin əhalisi elliklə Türkiyəyə köç etmişdir. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. Amasiya rayonunun Güllübulaq kəndinin yaylaq yeri idi. Hazırda xarabalıqdır.

Toponim “bağça” sözünə “-lı” şəkilçisi artırmaqla yaranmışdır.