Xalikənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində qışlaq. Çaykənd (Dprabak) kəndinin yaxınlığında yerləşmişdir.
Tarixən kənd olmuş, sonradan sakinləri Çaykəndə köçmüşdür. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır.
Toponim “sahibsiz, yiyəsiz, tutulmamış, boş” mənasında işlənən “xali” (Azərbaycan dilinin qərb dialektində “xalı” formasında “əkilən torpaq sahəsinin əkilməmiş hissəsi” mənasında işlənir) sözü ilə, “kənd” coğrafi nomeninin birləşməsi əsasında formalaşmışdır.