Telliqaya

Telliqaya – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Hallavar kəndinin ərazisindədir.

Toponim “Telli” şəxs adı ilə “dağ” mənasında işlənən “qaya” sözünün birləşməsindən əmələ gəlmişdir.