Sarıqaya – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayəti ərazisində dağ. Üləşik kəndinin şimal-qərb tərəfində yerləşir.
Toponim türk dilində “böyük” mənasında işlənən “sarı” sözü ilə “dağ” mənasında işlənən “qaya” sözünün birləşməsindən əmələ gəlmişdir.