Əliqırıq

Əliqırıq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində çay. Erməni mənbələrində çayın adı “Əliqırıx” formasında da qeyd edilmişdir. Vilayətin ərazisindəki Ağıraq (Astğadzor) kəndinin ərazisindən axıb Göyçə gölünə tökülür. Uzunluğu 22 km-dir.

Hidronim “Əli” şəxs adı ilə “qırıq” türk etnonimi əsasında əmələ gəlmişdir.