Tayçarıq

Tayçarıq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 16 km şimal-qərbdə, Misxana çayının yaxınlığında, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kənddə 1829–1830-cu illərdə Türkiyənin Bəyazid paşalığından köçürülüb gətirilən ermənilər məskunlaşdırlmışdır. 1926-cı ildə burada cəmisi 2 nəfər azərbaycanlı qalmışdır. 1930-cu illərdə onlar da qovulmuşdurlar.

Toponim türk dilində “təpə” mənasında işlənən “tay” (tey) sözü ilə oğuzların “çarık” etnonimi əsasında əmələ gəlmişdir. Türkmənlərin tayfalarından birinin də adı “çarık” adlanır. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 may 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Meğradzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°36′ şm. e., 44°38′ ş. u.